FED.az xəbər verir ki,Maliyyə Bazarlarına Nəzarət Palatası Bank fəaliyyətinə nəzarət departamentinin Daxili nəzarət idarəsinə inspektor vəzifəsi üzrə vakansiya elan edir.
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
- Tam ali təhsil (Maliyyə, iqtisadiyyat)
- Daxili audit və analoji sahə üzrə 3 il iş iş təcrübəsi (Plastik kartlar sahəsində biliklərə malik olma arzuolunandır)
- CİA, FRM, ACCA, AML/CFT - üzrə müxtəlif sertifikatlar (Bu sertifikatların olması məcburi deyil, arzuolunandır)
- Səlis Azərbaycan, yaxşı səviyyədə ingilis və rus dili bilikləri.;
- MS Office proqram paketlərindən sərbəst şəkildə istifadə;
- Yüksək analitik bacarıqlar, təqdimat bacarıqları, operativlik və gərgin iş rejimində işləmək bacarığı, normayaradıcılıq bacarığı, təşəbbüskarlıq, problemləri həll etmə, qərarvermə, təşkilatçılıq, analitik düşüncə
Eləcə də bax : "Paşa Bank" işçi axtarır - VAKANSİYA
Eləcə də bax : "Azsığorta" işçi axtarır - VAKANSİYA
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:
- Kredit təşkilatlarında həyata keçirilən hərtərəfli və tematik yoxlamalarda iştirak etmək;
- Yoxlama zamanı çoxsaylı məlumatların və hesabatların toplanmasını təmin etmək, cədvəllərin və digər hesabat formalarının hazırlanmasında iştirak etmək;
- Daxili və xarici müxabirləşmə üzrə sənədlərin qəbulu və emalını həyata keçirmək və rəy cavablarını hazırlamaq;