Prezident İlham Əliyev Hicran Hüseynovanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncamla Hicran Kamran qızı Hüseynova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib.
Qeyd edək ki, Hicran Hüseynova 41 saylı Sumqayıt birinci seçki dairəsindən millət vəkili seçilib.