Xəbər verildiyi kimi, prezident İlham Əliyevin sərənamı ilə Mirhəsən Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Eləcə də bax: “Bu adam nəyin hesabına varlanıb?” - PREZİDENT
FED.az xatırladır ki, Neftçalanın bundan əvvəlki icra başçısı İsmayıl Vəliyev fevralın 20-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşlarının Neftçala rayon icra hkimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Elə həmin gün prezidentin sərənxamı ilə işən azad edilib.
Rəsmi açıqlamaya görə, keçmiş icra başçısı korrupsiyaya, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, qanunsuz sahibkarlığa və sair hallara görə günahlandırılır.
Amma kiçik araşdırma göstərir ki, Neftçala rayonunun bəzi göstəricilərinə görə, bu hallar olmasa da, İsmayıl Vəliyev işdən azad edilməli idi.
FED.az-ın məlumatına görə, 2019-cu ildə Neftçalada iqtisadi artım deyil, 12,9% geriləmə baş verib və rayon iqtisadi geriləməyə sürətinə görə, ölkədə 6-cı yeri tutub.
Ötən il rayonda sənayedə 75%, Kənd təsərrüfatında 1,4%, Nəqliyyatda 4,9%, rabitədə 16,4%, ticarətdə 2% artım olub. Əvəzində tiinti işləri 13,5 dəfə azalıb.
Neftçala 2019-cu ildə rayonlara investisiya qoyuluşunun həcminə görə 59 rayon arasında 55-ci yerdədir. Ötən il rayona cəmi 10 milyon 787 min manat sərmayə yatırılıb.
2018-ci illə müqayisədə rayona yatırılan sərmayələr 8,3 dəfə azalıb. Bu göstəriciyə görə, Neftçala ölkədə antirekord vurub.
Rayon adambaşına düşən sərmayənin məbləğinə görə də, ölkədə ən pis göstəricilərdən birinə malikdir – adambaşına 122,6 manat. 59 rayon arasında 55-ci yer.
Müqayisə üsün bildirək ki, ölkə üzrə adambaşına düşən investisiya üzrə orta göstərici 1745 manatdır. Bakı şəhərini çıxmaq şərtilə ölkənin digər şəhər və rayonları üzrə adambaşına dühən investisiyanın orta məbləği 939 manat təşkil edir.
Başqa sözlə, Neftçalanın göstəricisi ölkə üzrə orta göstəricidən 14,2 dəfə, rayonlar üzrə orta göstəricidən isə 7,6 dəfə azdır.
Rəsmi göstəricilərə görə, 2019-cu ilin sonunda Neftçalada 1173 işsiz qeydə alınıb ki, rayon bu göstəriciyə əsasən, 65 rayon arasında 14-cü yeri tutur.
Rayonda orta aylıq əmək haqqı 389 manatdır, bu göstərici isə Neftçala 41-ci yerdədir.