Azərbaycanda dövlət qulluğu sisteminin zəif cəhətləri açıqlanıb.
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da əksini tapıb.
ELƏCƏ DƏ BAX: 15 min manatadək cərimələyəcək qurumlar - MÜƏYYƏNLƏŞDİ
Strategiyada dövlət qulluğu sisteminin aşağıdakı zəif cəhətlərinin olduğu qeyd edilir:
− dövlət qulluğu ilə bağlı qanunvericilikdə bəzi tənzimlənməyən məsələlərin mövcudluğu;
− dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri ilə dövlət qulluğunun digər elementləri arasında qarşılıqlı əlaqənin olmaması;
− dövlət qulluğu və onun xüsusi növləri arasında qarşılıqlı əlaqənin olmaması;
− dövlət orqanlarında dövlət qulluğu və insan resurslarının idarə edilməsi üzrə peşəkarlıq səviyyəsinin aşağı olması;
− şəffaf prosedurların tətbiq edilmədiyi vəzifələrə işə qəbulda neqativ hallara yol verilməsi;
− həm vəzifə, həm də karyera modellərinə əsaslanan dövlət qulluğu sistemi elementlərinin mövcudluğu.
İşə qəbulda neqativ hallar var – RƏSMİ
20:23
23 Noy 2018