İranın paytaxtı Tehran şəhərini ölkə parlamentində təmsil edən deputat Mahmud Sadiqi koronavirusa yoluxub.
FED.az report.az xəbər agentliyinə istinadən xəbər verir ki, deputat, bu barədə yaydığı videomüraciətdə məlumat verib.
Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 15 nəfərə çatıb, ümumilikdə 95 nəfərə koronavirus diaqnozu qoyulub. Hazırda ölkənin 13 - Tehran, Qum, Xorasan Rəzəvi, Gilan, Mazandaran, Həmədan, İsfahan, Mərkəzi, Əlborz, Simnan, Kermanşah, Fars və Hörmüzqan əyalətlərində koronavirus qeydə alınıb.
İran Səhiyyə Nazirliyi ölkə vətəndaşlarına zərurət yaranmadığı təqdirdə evdən bayıra çıxmamağı tövsiyə edib.