Professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait köçürüblər.
FED.az xəbər verir ki, bu barədə News24.az-a professor İlham Rəhimovun Mətbuat Xidmətindən məlumat verilib.
“Kiyevskaya ploşad” Şirkətinin təsisçiləri – hüquq elmləri doktoru, professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüblər.
İlham Rəhimov da prezidentin çağırışına qoşuldu - 2 MİLYON MANAT
19:58
24 Mart 2020