Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yeni inşa olunmuş Gənclər Mərkəzinin açılışında iştirak edib.
FED.az-ın məlumatına görə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev görülən işlər barədə dövlət başçısına məlumat verib.
ELƏCƏ DƏ BAX: Rayona 18,2 milyon manat ayırdı
Gənclər Mərkəzi yenidən qurulan istirahət parkında yerləşir. Ümumi əra14zisi 2,3 hektar olan parkda yenidənqurma işlərinə 2014-cü ilin sonunda başlanılıb. Bu istirahət mərkəzinin ərazisində idman meydançası və açıq havada müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün səhnə quraşdırılıb.
Məlumat verildi ki, Mərkəzin ümumi sahəsi 5800 kvadratmetrdir. Burada 300 yerlik böyük konfrans zalı yaradılıb. Zalda rayonun ictimai-siyasi, mədəni həyatı ilə bağlı əlamətdar tədbirlərin keçirilməsi üçün hər cür şərait mövcuddur.
Gənclər Mərkəzində virtual atıcılıq otağı, foto, rəsm, dizayn və poliqrafiya studiyaları, fortepiano, rəqs və intellektual oyun zalları yaradılıb. Burada, həmçinin kiçik konfrans zalı, gənclik kafesi, kompüter, xarici dil kursları, linqafon kabineti, şahmat otağı, virtual sinif var. Mərkəzdə 90 yerlik kinozal və elektron kitabxana da gənclərin ixtiyarına veriləcək. Bundan başqa, burada nikah zalları da yaradılıb.
İlham Əliyev açılışda - FOTOLAR
20:35
13 Dek 2018