29 oktyabrda İstanbul Yeni Hava Limanının açılışına 8 min nəfər dəvət edilib.
FED.az “Akşam”a istinadən xəbər verir ki, tədbirdə ölkə prezidentləri, hökumət rəsmiləri, elm adamları, sənətçilər, biznesmenlər və idman dünyasının tanınmış simaları iştirak edəcəklər.
Mərasimdə Azərbaycan prezidenti İlham Əliyevdən başqa 10 ölkənin prezidenti və 2 ölkənin baş naziri də yer alacaq.
Açılışdan sonra prezidentlər Cümhuriyyət bayramı ilə əlaqədar təşkil ediləcək tədbirə qatılacaqlar. Daha sonra rəsmi görüşlərin keçiriləcəyi gözlənilir.