Dövlət

İlham Əliyev Lənkərandadır

İlham Əliyev Lənkərandadır | FED.az
11:41 15 Okt 2018

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərə gediblər.

FED.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında olublar. Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov parkda görülən abadlıq işləri barədə məlumat verib.

Bildirilib ki, xatirə parkında şəhər sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Digər xəbərlər