Bu il Azərbaycanın dövdət büdcəsi rekord həddə çatıb. Buna baxmayaraq, yanvar-fevral aylarında büdcəyə gözlənidəndən də artıq vəsait toplanıb.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Qazaxda «Azerlime» əhəng zavodunun açılışında bildirib.
Onun sözlərinə görə, vergi büdcəyə proqnozdan əlavə 180, gömrük orqanları isə 70 milyon manat vəsait daxil ediblər: «Bütövlükdə 250 milyon manat, cəmi iki ay ərzində. Nəyin hesabına? Şəffaflıq, dürüstlük, təmizlik və vergi bazasının genişləndirilməsi hesabına. Ona görə sahibkarlar da bu işlərə tam dəstək verərək, həm öz maliyyə imkanlarını genişləndirəcəklər, onlarda əlavə vəsait toplanacaq. Bu vəsaiti də, ilk növbədə, Azərbaycana yatırmaq lazımdır. Eyni zamanda, bu müsbət tendensiyalar kölgə iqtisadiyyatına da böyük zərbədir. Kölgə iqtisadiyyatının həcmi kəskin daralır, daha da daralmalıdır və proqnozdan əlavə yığılan vəsait bunun bariz nümunəsidir».