Prezident İlham Əliyev dekabrın 18-də general-mayor Asəf Vaqif oğlu Quliyevin Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
FED.az-ın “Nuhçıxan” agentliyinə istinadən məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Niyaməddin Məhərrəm oğlu Tağıyev Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilib.