Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına yeni sədr təyin edilib. FED.az xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, baş nazirin müavini Hacıbala Abutalıbov komissiyanın sədri təyin edilib.
Komissiyanın heyətinə edilən digər dəyişiklik isə üzvlərin siyahısından hazırda təhsil naziri vəzifəsini tutan Ceyhun Bayramovun çıxarılaraq onun Firudin Qurbanovla əvəz edilməsidir.
Qeyd edək ki, 1999-cu ildə yaradılmış Yol Hərəkəti TƏhlükəsizliyi Komissiyası
avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılmasına icazə verir;
dövlət əhəmiyyətli yollarda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar qəbul edir;
mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yol hərəkəti təşkilinin perspektiv proqramlarını, kompleks sxemlərini və layihələrini hazırlayan, habelə bunları həyata keçirən fiziki və hüquqi şəxslərə həmin sənədlərdə hərəkət təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə çirkləndirici maddələr buraxılmasının və tullanmasının, habelə səs-küyün və vibrasiyanın qarşısının alınması və azaldılması istiqamətində nəzərdə tutduqları tədbirlərə razılıq verilməsi məsələsinə baxır;
şəhər və rayon icra hakimiyyətlərində, nazirliklərdə, dövlət şirkətlərində, konsernlərdə, birliklərdə, idarələrdə, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdə və şəxsi nəqliyyatda yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün aparılan işlərin vəziyyəti ilə bağlı lazımi məlumatlar alır, yol hərəkəti təhlükəsizliyi tədbirlərinin hazırlanmasını istiqamətləndirir, təkliflərinə baxıb, qəbul edilən sənədlərin və yol hərəkəti təhlükəsizliyi tədbirlərinin yol hərəkəti təhlükəsizliyi tələblərinə uyğun olmasını müəyyənləşdirilir;
avtonəqliyyat vasitələrinin istehsalı, təmiri, servisi, respublikaya gətirilməsi, istismardan çıxarılması, texniki bazarının möhkəmləndirilməsi məsələlərinin yol hərəkəti təhlükəsizliyi tələblərinə uyğun olması barədə təkliflər hazırlayır, lazımi araşdırmalar aparır və qərar qəbul edir və sair məsələlərlə məşğuldur.
Hacıbala Abutalıbova yeni vəzifə verildi
09:02
6 Okt 2018