Bu gün Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə prosesi başa çatıb.
FED.az xəbər verir ki, Yüksək Seçki Qurumunun (YSK) qərarına əsasən, yerli vaxtla saat 8-də başlayan seçkilər saat 17.00-da başa çatıb.
Seçkilərin ilk nəticələrinin yeri vaxtla saat 19.00-dan sonra açıqlanması gözlənilir.
Qeyd edək ki, prezident seçkilərində 6 namizəd- hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İyi Partiyasının sədri Meral Akşener, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş mübarizə aparıblar.
Vətəndaşlar isə 600 millət vəkili üçün səs verib.
***
Pezident seçkilərində səslərin 19,6 faizi artıq sayılıb.
Belə ki, səslərə görə R. T. Ərdoğan 57, 85 faiz, CHP-nin namizədi Məhərrəm İncə 27, 67 faiz, İyi Partiyanın sədri Meral Akşener 7, 52 faiz, Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 5, 81 faiz, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu 0,9 faiz, Vətən Partiyasının sədri Doğu Perinçək isə 0,2 faiz səs toplayıb.
Parlament seçkilərində səslərin 12,3 faizi sayılıb. Sayılan səslərə əsasən hakim Ədalət və İnkişaf Partiyası (AKP) 51,9 faiz, Milliyətçi Hərəkat Partiyası 13,1 faiz, Cümhuriyyət Xalq Partiyası 15,6 faiz, İyi Partiya 8,5 faiz, Xalqların Demokratik Partiyası (HDP) 7,3 faiz, Səadət Partiyası 1,3 faiz səs toplayıb.
qafqazinfo.az