Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsini müzakirəsində iştirak edəcəklər.
FED.az bu barədə forumun saytında məlumat verilir.
Məlumatda dəqiqləşdirilir ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələr 15 fevral Bakı vaxtı ilə 20:30-dan 21:15-dək planlaşdırılıb.
Müzakirələrin moderatoru ABŞ-Rusiya Fondunun prezidenti və baş icraçı direktoru Selesta Vallanderdir.