Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının Aparatında struktur dəyişikliyi və yeni kadr təyinatı olub.
FED.az-ın məlumatına görə, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əsasında İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi yaradılıb.
ELƏCƏ DƏ BAX: Meriya ilə Agentliyin parkinq – DAVASI
Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə həmin şöbənin müdiri vəzifəsinə Elmin İmanov təyin edilib.
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov isə yeni vəzifəyə təyinat almayıb.
Eldar Əzizovdan struktur islahatı və yeni – TƏYİNAT
19:26
24 Yan 2019