"Azərbaycan prezidentinə söz verirəm ki, mənim qarşımda qoyduğu vəzifələri məsuliyyəti ilə dərk edib, həyata keçirilməsi üçün əlimdən gələni edəcəyəm".
FED.az xəbər verir ki, bunu Azərbaycanın yeni baş naziri Novruz Məmmədov Milli Məclisdə namizədliyinin təsqidiqindən sonra etdiyi çıxışında deyib.
Baş nazir bildirib ki, indi Azərbaycan ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində özünün ən yaxşı dövrünü yaşayır: "Son illər Azərbaycan xarici və daxili siyasət sahəsində böyük uğurlar əldə edib. Çox xoşbəxtəm ki, eyni dövrə mən də şahid oluram".
Eləcə də bax: Baş nazir və nazirlər nə qədər qazanır? - MƏBLƏĞLƏR