FED.az xəbər verir ki, yeni baş nazirin təqdimatı Milli Məclisin bir qədər sonra başlayacaq iclasında veriləcək və böyük ehtimalla təsdiqlənəcək.
Baş nazirlə yanaşı hökumətdə digər kadr dəyişikliklərinin də olacağı gözlənilir. Hazırda bu məsələ ilə bağlı ictimaiyyətdə qızğın müzakirələr gedir.
Bəs nazir və məmur olmaq niyə belə mühümdür? Bu məmurlar nə qədər maaş alırlar?
Dövlət orqanlarının rəhbərlərinin aylıq əmək haqqı prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı «Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında» sərəncamı ilə müəyyən olunub. İndiyədək sərəncama və məbləğlərə bəzi dəyişikliklər edilib, hazırki durum belədir:
Dövlət məmuru | Aylıq maaş |
Baş nazir | 2230 manat |
Baş nazirin birinci müavini | 1960 manat |
Baş nazirin müavini | 1870 manat |
Nazir | 1750 manat |
Komitə sədri | 1750 manat |
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi | 1750 manat |
Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbəri | 1450 manat |
Nazirin və Komitə sədrinin birinci müavini | 1160 manat |
Nazirin və Komitə sədrinin birinci müavini | 1050 manat |
Yerli icra hakimiyyətlərinin başçıları | |
Bakı şəhəri | 1750 manat |
Gəncə və Sumqayıt şəhərləri | 1160 manat |
əhalisinin sayı 100 min nəfərdən çox olan rayon və şəhərlər | 950 manat |
əhalisinin sayı 50-100 min nəfər olan rayon və şəhərlər | 900 manat |
əhalisinin sayı 50 min nəfərədək olan rayon və şəhərlər | 800 manat |
Elə həmin sərəncamla adı çəkilən şəxslərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir. Bu 25%-i də nəzərə alanda baş nazirin “təmiz” aylıq gəliri 2787 manat, nazirlərin maaşları 2187 manat və s. təşkil edir. Rayon icra hakimiyyətlərinin rəhbərlərində isə məbləğlər 1000-2187 manat arasındadır.