Prezident İlham Əliyev Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Eləcə də bax: Ağdamda 20 subartezian quyusu qazılacaq - SƏRƏNCAM
FED.az xəbər verir ki, Sərəncama əsasən Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 9 milyon manatı Dövlət Neft Şirkətinə ayrılıb.
Maliyyə Nazirliyi və Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin SİYAHISI:
Sıra №-si |
Ərazi vahidləri |
Gəncə şəhəri |
|
1. |
Gəncə şəhərində 2 yeni massiv |
Daşkəsən rayonu |
|
1. |
Aşağı Daşkəsən kəndi |
2. |
Kəmərqaya kəndi |
Göygöl rayonu |
|
1. |
Toğanalı kəndi |
Samux rayonu |
|
1. |
Sərkar kəndində yeni massiv |