Dövlət Gömrük Komitəsi əhaliyə zərurət olmadıqda İrana səyahət etməməyi tövsiyə edib.
FED.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib.
“Çin Xalq Respublikasında aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib”.
“Ölkə vətəndaşlarının zərurət yaranmadıqda İran İslam Respublikasına səyahət etməmələri tövsiyə olunur”, - deyə o qeyd edib.