Daxili İşlər Nazirliyində (DİN) yeni idarə yaradılıb.
FED.az-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.
Fərmana əsasən DİN-nin Aparatında Səfərbərlik İşləri və Mülki Müdafiə Şöbəsi əsasında də Səfərbərlik İşləri və Mülki Müdafiə İdarəsi yaradılıb.