Prezident İlham Əliyev bir neçə nazirliyin tərkibindəki dövlət qurumlarını ləğv edib. FED.az xəbər verir ki, dövlət başçısının imzaladığı "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərmana əsasən,
Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilib və onun funksiyaları Nazirliyin Aparatına verilib.
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradılıb.
Maliyyə Nazirliyinin Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti də ləğv edilib.
Gənclər və İdman Nazirliyinin tabeliyində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi ləğv edilib.
Fərmana əsasən, bir ay ərzində Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsinin də ləğv ediləcək və onun funksiyaları Nazirliyin Aparatı vasitəsilə həyata keçiriləcək.
Bundan başqa, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Azərbaycan Respublikası Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanasının vahid qurumda birləşdirilməsi, eləcə də Respublika Bədən Tərbiyəsi Mərkəzinin və “Təhsil” Respublika İdman Mərkəzinin vahid qurumda birləşdirilməsi nəzərdə tutulur.
Daha bir neçə dövlət qurumu ləğv edildi – FƏRMAN
18:51
17 Yan 2019