Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2018-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 18 milyard 196,9 milyon manat vəsait daxil olub.
FED.az Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə büdcəyə gələn vəsaitlər 34,2% artıb.
Bu dövrdə büdcədən 17 milyard 769,9 milyon manat vəsait xərclənib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,6% artıqdır.
FED.az xəbər verir ki, nəticədə büdcənin icrasında 427 milyon manatlıq profisit yaranıb.
Büdcədə 427 milyon manat artıqlıq yaranıb
10:09
17 Noy 2018