Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 77 saylı Astara Seçki dairəsindən namizəd olan Rəşad Həsənov və digər namizədlərin şikayətinə baxılıb.
Eləcə də bax: MSK-nın iclası başlayır - lider namizədlərlə bağlı - YENİ ŞİKAYƏTLƏRƏ BAXILACAQ - SİYAHI
FED.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə MSK üzvü Validə Kazımova məlumat verib. O bildirib ki, MSK hər üç namizədin şikayətinin eyni məzmunda olmasını əsas gətirərək şikayətlərin hər üçünə baxıb: “Araşdırma prosesində məlum olub ki, iddia edilən qanun pozuntuları öz təsdiqini tapmadığından şikayət nəticəyə təsir etməyib”.
MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələrinin qüvvədə qalması ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Rəşad Mahmudovdur.