2019-cu ildə Azərbaycanda manatın möhkəmlənməsinin qarşısını almaq üçün Azərbaycan Mərkəzi Bankı (AMB) bazardan 700 milyon dollar vəsait çıxarıb.
Eləcə də bax: «Bahalı borcları ucuz borclarla əvəz etmək istəyirik»
FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasda bildirib.
«2019-cu ildə manatın məzənnəsi sabit qalıb, bazardan 700 milyon dollar sterilizasiya etdik ki, manatın möhkəmlənməsinə təsir göstərməsin».
Baş bankir bildirib ki, ümumiyyətlə son iki ildə pul siyasəti yumşaldılıb. Uçot dərəcəsi mərhələlərlə iki dəfə azaldılaraq 15%-dən 7,5%-ə düşüb.
Uçot dərəcəsinin azalması kredit faizlərinin də aşağı düşməsinə səbəb olub. Son iki ildə biznes kreditlərinin faiz dərəcəsi 5% azalaraq illik 16%-dən dən 11%-ə enib. Digər kreditlər də ucuzlaşır. Amma bu səviyyə bizim qane eləmir, işlər davam etdiriləcək.
E.Rüstəmov bildirib ki, pul küutləsinin həcmi 24% artıb, o cümlədən banklara 2 milyard manatdan artıq vasait verilib ki, kredit vermək üçün istifadə edə bilsinlər.
«Ötən il kreditlərin həcmi 17% artıb. Bundan biznes kreditlər 11%, istehlak kreditləri 20%-lən çox artıb. Və bütövlükdə bizim bu il ki, əsas işlərimizdən biri xüsusilə kiçik müəssisələrin mikrokretlər vasitəsilə uzunmüddətli aşağı faizlə kreditlərə əlçatandığının artırılmasıdır»-deyə Elman Rüstəmov bildirib.