Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekknlarına həsr olunmuş toplantıda Azərbaycanın xarici borcu məsələsi də müzakirə edilib.
FED.az xəbəp verir ki, müşavirədə dövlət başçısı maliyyə naziri Samir Şərifovdan xarici borcun vəziyyəti və onun azaldılması üçün görülən işlərlə bağlı hesabat istəyib.
Maliyyə naziri bildirib ki, hazırda Azərbaycanın xarici dövlət borcu Ümumdaxili Məhsulun 17,2%-ni təşkil edir.
Xarici borcun azaldılması üçün 2019-cu ildə aparılan işlər 2020-ci ildə də davm edəcək. Maliyyə naziri bildirib ki, bu il xarici borcun təqribən 1,7 milyard manat azaldılması nəzərdə tutulur: «Bəzi tədbirlər görərək, daha bahalı borcları, daha ucuz borclarla əvəz etmək istəyirik. Bu tədbirlər nəticəsində xarici borcun ÜDM-ə nisbəti daha 1% aşağı düşəcək».
Prezident hökumətə bu sahədə ehtiyatla davranmağı tapşırıb: «Bizim xarici borclara ehtiyacımız yoxdur, əksinə, Azərbaycan özü donor kimi çıxış edir».