“Azərişıq” ASC-nin Nərimanov rayonu üzrə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Həsən Həsənov, eləcə də bu rayonun elektrik şəbəkəsinin rəisi Səməd Mustafayev vəzifələrindən kənarlaşdırılıblar.
FED.az xəbər verir ki, məlumata görə, buna səbəb onların vəzifə səlahiyyətlərini yerinə yetirdikləri zaman yol verdikləri nöqsanlardır.
İşdən çıxarılan H.Həsənovun S.Mustafayevin yerinə, yəni aşağı vəzifəyə təyin edildiyi bildirilir. 
Eləcə də bax: Dünənki fərmanlar ilə hansı qurumlar ləğv edilir? - SİYAHI
 
                                                    
                                                    
                    “Azərişığ”ın iki vəzifəli şəxsi işdən çıxarılıb
                            
                            
                        
                            13:24
                            15 Yan 2019
                        
                        

            

                
                
                
                
                
                
                
                
                
                
                
                







