Bu gündən etibarən Biləsuvar, Culfa və Astara gömrük sərhəd buraxılış məntəqələri 24 saatlıq iş rejiminə keçib.
FED.az “Report”un Aran bürosuna istinadən xəbər verir ki, bu barədə Azərbaycan və İran hökumətlərinin nümayəndələri arasında keçirilən görüşdə razılıq əldə olunaraq müvafiq protokol imzalanıb.
Məqsəd hər iki dövlət sərhədindən gediş-gəlişi, əmtəə dövriyyəsini, qarşılıqlı yük dövriyyəsində ləngiməni asanlaşdırmaq və vətəndaşların dövlət sərhədlərindən keçidini asanlaşdırmaqdır.