Vergilər Nazirliyi Azərbaycanda yeni yaradılan şirkətlərin növbəti siyahısını açıqlayıb.
FED.az-ın məlumatına görə, iyul-sentyabır aylarında ölkədə 219 yeni şirkət təsis edilib. Yeni yaradılan şirkətlərin 192-si yerli vətəndaşlarınındır. Qeyd edək ki, xarici vətəndaşlar arasında da Azərbaycanda şirkət yaradanlar var. Belələrinin sayı 27-dir. Məlumatlardan aydın olur ki, ölkəmizdə şirkət yaradan xaricilərin əksəriyyəti Pakistan vətəndaşlarıdır.
Pakistan vətəndaşları bu dəfə Azərbaycanda 6 şirkət təsis ediblər. Sonrakı yerləri Türkiyə və İran şirkətləri tutur.
Ölkədə yeni yaradılan şirkətlərin tam siyahısına buradan baxmaq olar.
Ölkə |
Şirkətlərin sayı |
Pakistan |
6 |
İran |
5 |
Türkiyə |
5 |
Rusiya |
3 |
Şri-Lanka |
2 |
ABŞ |
2 |
Səduiyyə |
1 |
İngiltərə |
1 |
Çin |
1 |
Hindistan |
1 |