Fransanın ölkəmizdəki səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Fed.az-ın məlumatına görə, bu barədə XİN mətbuat xidməti məlumat yayıb.
Səfirə Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyinə və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib. Fransa hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi notası təqdim olunub.
Azərbaycan Fransaya nota verib
20:35
23 Okt 2018