Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
FED.az xəbər verir ki, agentlikdən verilən məlumata görə, həmin gün “ASAN xidmət” mərkəzlərində yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə vətəndaşlara hazır sənədlərin təhvil verilməsi həyata keçiriləcək.