Dövlət Gömrük Komitəsi Akademiyasını (DGKA) bitirən hər bir tələbə komitədə işlə təmin edilib.
FED.az xəbər verir ki, Bu barədə akademiyanın rəisi Qulu Novruzov deyib.
O bildirib ki, akademiyada oxuyan tələbələrə ixtisasları üzrə peşəkar səviyyədə təhsil tədris olunur. DGKA-da iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələrin orta bal göstəriciləri 530-620 arası, hüquq üzrə təhsil alan tələbələrin isə orta bal göstəriciləri isə 540-610 bal arasıdır.