Prezident İlham Əliyev Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncama əsasən, Ağdam rayonunun əhalisi 24740 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 2020-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,4 milyon manatı Meliorasiya və Su Təsərrüfatı ASC-ə ayrılib.
Quyular aşağıdakı ərazilərdə qazılacaq
Sıra №-si |
Yaşayış məntəqələri |
Quyuların sayı, ədəd |
Əhalinin sayı, nəfər |
|
Alıbəyli kəndi |
1 |
2188 |
|
Ayaq Qərvənd kəndi |
2 |
891 |
|
Birinci Yüzbaşılı kəndi |
1 |
775 |
|
Çəmənli kəndi |
1 |
3649 |
|
Evoğlu kəndi |
1 |
1578 |
|
Həsənxanlı kəndi |
1 |
947 |
|
Xındırıstan kəndi |
1 |
904 |
|
İmamqulubəyli kəndi |
1 |
1746 |
|
Kolqışlaq kəndi |
1 |
352 |
10. |
Küdürlü kəndi |
1 |
279 |
11. |
Quzanlı qəsəbəsi |
1 |
3145 |
12. |
Mahrızlı kəndi |
1 |
2081 |
13. |
Orta Qışlaq kəndi |
1 |
917 |
14. |
Paşabəyli kəndi |
1 |
759 |
15. |
Rzalar kəndi |
1 |
1054 |
16. |
Şükürağalı kəndi |
1 |
356 |
17. |
Təzəkənd kəndi |
1 |
440 |
18. |
Zəngişalı kəndi |
2 |
2679 |
Cəmi |
20 |
24 740 |