Azərbaycanda əqli mülkiyyət hüquqlarının kifayət qədər təmin olunmaması ölkəyə müxtəlif sahələrdə texnoloji imkanların əldə olmasını məhdudlaşdırır.
FED.az xəbər verir ki, bunu Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasında çıxış edərkən ABŞ səfiri Örl Litzenberger deyib.
Onun sözlərinə görə, ABŞ tərəfi ümid edir ki, bu sahədə ölkədə mühüm addımlar atılacaq.
Eləcə də bax: "ABŞ Azərbaycan iqtisadiyyatına 13,6 mlrd. dollar investisiya yatırıb"
"Sirr deyil ki, ABŞ-ın böyük proqram təminatı ixracatçılarının və əczaçılıq sahəsinin məhsulları sırf etibarlı məhkəmə hüquq sisteminin məhz piratçılığa qarşı mübarizəsindən keçir. Azərbaycan üçün digər bir vacib sahə kənd təsərrüfatıdır. Məsələn, ABŞ kənd təsərrüfatı texnologiyasının əsas ixracatçıların birinə çevrilib. Bəzi şirkətlərə isə, təəssüflər olsun, Azərbaycan əlçatan deyil. Buna da səbəb məhz əqli mülkiyyət hüquqlarının kifayət qədər təmin olunmaması ilə bağlıdır", - deyə səfir qeyd edib.