Bu günədək ABŞ Azərbaycan iqtisadiyyatına 13,6 mlrd. dollar investisiya yatırıb.
FED.az xəbər verir ki, bunu Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasında çıxış edərkən Azərbaycanın Maliyyə naziri Samir Şərifov deyib
Onun sözlərinə görə, öz növbəsində Azərbaycan ABŞ iqtisadiyyatına 8, 2 milyarddan çox portfel investisiyalar yatırıb.
"Hesab edirik ki bu göstəricilər bizim iqtisadi sahədə əməkdaşlığın potensialını tam əks etdirmir və bu rəqəmlər daha yüksək ola bilərdi", - deyə nazir bildirib.
Eləcə də bax: Sabiq nazir yeni şirkətini prezidentə təqdim etdi