ABŞ İranın 700-dən çox fiziki və hüquqi şəxsə, o cümlədən gəmilərinə və təyyarələrinə qarşı sanksiyalar tətbiq edib.
TASS agentliyinin məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyiməlumat verib.
Həmçinin rəsmi Vaşinqton İranın Atom Enerjisi Təşkilatına da sanksiyalar tətbiq edib.
Eyni zamanda məhdudiyyətlər İslam Respublikasının milli aviaşirkətindən və Mərkəzi Bankından da yan keçməyib.
Ümumiyyətlə, bu ölkənin 50 bankına sanksiya tətbiq edilib.