İran İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Əmir-Əli Hacızadə, İranın ABŞ-ın Fars körfəzindəki döyüş gəmilərini vuracağını bildirib.
FED.az xəbər verir ki, bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, bir həftə əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bəyan etmişdi ki, Ştatlar İran sahillərinə “Avraam Linkoln” aviasiya zərbə və operativ aviasiya bombardıman qrupunu göndərəcək.
İranlı general isə bildirir ki, 40-50 döüyüş təyyarəsi daşıyan və 6 min personlı olan gəmi əvvəllər İran üçün təhdid olsa da, indi hədəfə çevrilib. Amerika döyüş gəmisinin İrana həddən artıq yaxınlığına işarə edən general «Amerikalıların durumu dişlerimizin arasındakı ət kimidir, hərəkət etsələr başlarına enəcəyik (zərbə vuracağıq). Əvvəllər bu bizim üçün bir təhdid olsa da, indi fürsətdir»-deyib. İranlı general bildirib ki, İran 300 kilometr məsafədəki gəmiləri vurmaq üçün raketlərə sahibdir. Həmin raketlər 700 kilometrdəki hədəfləri də vura bilir.
«ABŞ həmlə etsə, vuracağıq» - İRANDAN XƏBƏRDARLIQ
00:06
13 May 2019