Azərbaycan Prezidenti İlham Əliyev "Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 22,35 milyon (iyirmi iki milyon üç yüz əlli min) manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.
Eləcə də bax: İcbari tibbi sığorta gələn ildən – BAŞLAYIR