Xəbər verdiyimiz kimi avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
FED.az Azərbaycan Müdafiə Nazirliyinə istinadla bildirir ki, döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan (Alaverdiyan) əsir götürülüb.
Nazirlik bildirir ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bir qədər əvvəl Ermənistan Müdafiə Nazirliyi məlumat yayaraq hərbçisinin əsir düşməsini etiraf edib. Erməni tərəfi diversiya qrupunun başçısının əsir düşməsini yozduraraq guya onun hava şəraiti ilə bağlı yolunu azması ilə əlaqələndirib.
türküstan.info