ABŞ və Çin tərəfindən verilən açıqlamalara görə, hər iki tərəf bir-birlərinin məhsullarına tətbiq olunan əlavə gömrük tariflərini ləğv etmək barədə razılaşblar. Dünyanın ən böyük iki iqtisadiyyatının məhdud ticarət razılaşması imzalayacağı gözlənilir.
FED.az xəbər verir ki, Çin Ticarət Nazirliyinin sözcüsü Gao Feng Cümə axşamı günü deyib: "Ötən iki həftə ərzində yüksək səviyyə ticarət nümayəndələri ciddi danışıqlar apardılar və ticarət razılaşmasının birinci hissəsində qarşılıqlı olaraq əlavə vergiləri ləğv etməyə qərar verdilər".
Ağ Evin iqtisadiyyat məsləhətçisi Larry Kudlow danışıqlardakı bu irəliləyişi təsdiq edib və Bloomberg-ə etdiyi açıqlamada, "Əgər birinci mərhələ ticarət razılaşması varsa tarif razılaşmaları və imtiyazlar da olacaq" deyib.
Marja