Birləşmiş Ştatların ən varlı insanları Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləyir.
Tramp "Bitcoin"lə ödəniş edən ilk ABŞ lideri oldu
FED.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazır.
Trampın seçkiqabağı kampaniyası zamanı toplanan 1,7 milyard dollarlıq ümumi ianənin təxminən üçdəbiri (566 milyon dollar) milyarderlərdən gəlib. Demokratlar Partiyasının namizədi Kamala Harrisin topladığı müvafiq ianə isə cəmi 6 faiz təşkil edib. Bununla belə, onun aktivində artıq 2,2 milyard dollar vəsait var.
Qəzetin məlumatına görə, “Forbes”in siyahısında olan 800-ə yaxın amerikalı milyarderdən 144-ü “2024-cü il seçkilərinə təsir göstərmək üçün öz sərvətindən istifadə edir”.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. (Azərtac)