İş adamı Vahid Ələkbərovun sahibi olduğu “Lukoyl” şirkətinin səhmləri “Qazprom”u kapitallaşma həcminə görə qabaqlayıb və ilk dəfə olaraq “Sberbank”dan sonra ikinci yerə çıxıb.
FED.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva birjasında “Lukoyl” səhmlərinin qiyməti 3900 rubla (təxminən 68 dollara) yüksəlib, şirkətin kapitallaşması isə 3,317 trilyon rubl təşkil edib.
Kapitallaşma həcmi 5,711 trilyon rubl olan “Sberbank” ilk yeri tutur.