16 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "UniBank KB” ASC-nin ümumi buraxılış həcmi 20 milyon manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Yenilik: UForex onlayn hesab açılışını - MÜMKÜN ETDİ
FED.az Birjaya istinadən xəbər verir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi 22 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "UniBank KB” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2016002027
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / forması: Kütləvi / Birqiymətli
İstiqrazın sayı: 200 000 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazın buraxılış həcmi: 20 000 000 manat
İllik gəlirlilik faizi: 11.5%
Ödəmə Periodu: ildə günlərin sayı 360 ( üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürməklə hər 90 (doxsan) gündən bir ödənilir
Tədavül müddəti: 36 ay
Ticarətə buraxılma tarixi: 22.10.2024
Anderrayter: “Unicapital İ.Ş” ASC