Dünəndən başlayaraq bitkoinin qiyməti sürətlə artır və artıq 35 min dollara yaxınlaşıb.
Bu həftə səhmləri ən çox bahalışıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI
FED.az xəbər verir ki, oktyabrın 23-də axşam saatlarında bitkoin son 4 ayda ilk dəfə olaraq 31 min dolları keçib.
Və gün ərzində 4,5% bahalaşaraq 31 196 dollar olub. Bu – 2023-cü ilin iyul ayından bəri bitkoinin ən yüksək qiymətidir.
Sonrakı dövrdə də qiymət artımı davam edib və gecə saatlarında bitkoin 8%-ə qədər bahalaşaraq 32 min dolları keçib və 32 173 dollara çatıb. Bu 2022-ci ilin 8 mayından bəri ən yüksək qiymətdir.
Bu gün səhər satlarında isə bitkoin bir qədər də yüksələrək 35 min dollara yaxzınlaşıb – 34 942 dollar.
Qeyd edək ki, cəmi 2 ay əvvəl – avqustun 25-də bitkoinin qiyməti 25 min dollardan aşağı idi. Son 1 həftə ərzində bitkoinin qiymətində 20%-dən çox artım var. Son bir ildə isə qiymətlər 2 dəfədən çox artıb. Belə ki, 2022-ci ilin noyabrında, təqribən 11 ay əvvəl bitkoinin qiyməti 15 dollara enmişdi.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.