2020-ci il mayın 29-u saat 15.00-da “Respublika Diaqnostika Mərkəzi” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az-ın məlumatına görə ümumi yığıncağın gündəliyinə cəmiyyətin 2019-cu il üzrə illik hesabatının, mənfəət və xərc hesabatının təsdiq edilməsi və 2020-ci ildə görüləcək işlərin müzakirəsi daxildir.