Cari həftənin ilk günü ABŞ qeyd olunan Əmək bayramı səbəbilə Amerika sessiyasıticarətə bağlı oldu. Bu səbəbdən də dünən ticarət həcmlərinin kəskin zəifləməsi müşahidə olundu.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
Amerika sessiyasındakı fasilədən istifadə edən avro alıcıları EURUSD məzənnəsinin qismən bahalaşmasına nail ola bildilər. Günə 1.0770 səviyyələrində başlayan paritet, növbəti saatlarda 1.08$-a kimi bahalaşsa da, burada müqavimətlə qarşılaşaraq yenidən ucuzlaşıb. Hazırda 1.0780 hədlərində ticarət olunan cütlükdə “ayılar” qiyməti 1.0770 həddinin altına sala və bu müqavimət səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər..
Cari həftəyə 1.2588 səviyyəsindən start verən GBPUSD cütlüyü də dünən 1.2642 hədlərinə kimi bahalaşsa da, burada “ayılar”ın müqavimətilə qarşılaşaraq yenidən 1.26$-a qədər geri çəkilib.
Bu gün İngiltərədə, Avrozonada və Almaniyada açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri EURUSD və GBPUSD məzənnələrində volatilliyə səbəb ola bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.