ABŞ-da bütün qızıllar satılıb və qızıl qıtlığı yaranıb.
FED.az «The Wall Street Journal» qəzetinə istinadən xəbər verir ki, amerikalı investorlar və bankirlər qızıl qıtlığı ilə üzləşiblər.
Məlumat verilir ki, dilerlər ya bütün qızılları satıblar, ya da fəaliyyəti dayandırıblar.
1856-cı ildən qızıl sikkələr istehsal edən «Credit Suisse Group AG» müştərilərinə elan edib ki, ondan qızıl istəməsinlər. Londonda, Öritaniyada bankirlər öz qızıllarını Nyu-Yorka gətirmək üçün hətta hərbi təyyarələr icarə etmək istəyirlər.
Uoll-strit bankirləri qonşu Kanadaya da qızıl almaq üçün müraciət ediblər. Qeyd edək ki, bu həftə ABŞ-da qızıl fyuçerslərində qiymətlər 9% artaraq 1,6 min dollara və ya son 7 ildə ən yüksək qiymətə çatıb.