Bu gün Amerikada, Avrozonada və İngiltərədə açıqlanacaq İstehlak Qiymətləri İndeksi və İstehsal Qiymətləri İndeksi kimi önəmli göstəricilər öncəsi dolların qiyməti bir qədər dəstək gördü. Nəticədə dollar indeksi 102.50 bənd hədlərinə kimi yüksəldi.
Birjada necə qazanırlar? 2022-də valyuta bazarının lideri – ABŞ DOLLARI OLUB - INVESTAZ TƏQDİM EDİR
Təhlillərə əsasən “Buğa”lar DXY-ın qiymətini 103.50 bənd həddinin üzərinə qaytara və bu səviyyənin üzərində saxlaya bilsələr, EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşma yaşana bilər.
Dolların ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Qiymətli metalın bir unsiya üzrə qiyməti 1908$ həddini qıra bilsə, artım tendensiyası 1918$ və 1930$-a qədər davam edə bilər. Təhlillərə əsasən, 1942$ səviyyəsi əsas psixoloji müqavimət həddi kimi çıxış edir.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.