Londonun ICE birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,46% azalaraq 58,98 dollara düşüb.
FED.az məlumat verir ki, sonuncu dəfə sentyabrın 12-də neftin bir barelinin qiyməti 59 dollardan ucuz olub.
Neftin qiyməti OPEK-in baş katibi Məhəmməd Barkindonun Səudiyyə Əribstanının neft obyektlərinə hücumdan neftin istehsalını tam bərpa etməsindən sonra ardıcıl olaraq ikinci gündür enir.
Ötən həftə "Brent" markalı neftin bir barelinin qiyməti 2019-cu ilin yanvar ayından bəri rekord artım (6,7%) əldə edib. WTI markalı neftin bir barelinin qiyməti isə 5,9% artım göstərib ki, bu da iyun ayından bəri ən yüksək göstəricidir.