Qlobal iqtisadiyyatın zəifləməkdə olduğu haqqında işarələr ilə əlaqədar olaraq neft qiymətləri düşür.
Qlobal iqtisadi inkişafın ləngiməsilə ilə neftə tələbin azaldığı bir dövrdə ABŞ-da xam neft ehtiyatları artıb.
FED.az xəbər verir ki, Brent nefti 2 faizdən çox ucuzlaşıb və bareli 57,24 dolları, ABŞ xam nefti isə 1,5%-dən çox ucuzlaşaraq 52.21 dolları görüb.
İndi xam neft qiymətləri, Səudiyyə Ərəbistanına təşkil edilən və ölkə istehsalının müvəqqəti olaraq 50 faiz azalmasına səbəb olan 14 Sentyabrdakı hücumlardan əvvəlki səviyyələrdən də aşağıdır. Digər tərəfdən, ABŞ-da emal sektoru göstəricisinin 10 ilin ən aşağı səviyyəsinə enməsi, neftə tələbin daha da azalacağı ehtimalını gücləndirir.
Almaniyanın qabaqcıl beş araşdırma institutu, Avropanın ən böyük iqtisadiyyatı üzrə iqtisadi artım proqnozlarını azaldıblar. Almaniyada istehsalçılar azalan qlobal tələb və hələ də davam edən ticarət münaqişəsi səbəbilə çətinlik çəkirlər.
Alman proqnozçular bu il üçün artım proqnozunu 0.8%-dən 0,5%-ə endiriblər. Bu, 2013-cü ildən bu yana ən pis performansdır. Mütəxəssislər Almaniyanın üçüncü rübdə yəqin ki, kiçildiyini, yəni Almaniya iqtisadiyyatının ikinci rübdəki 0.1% azalmanın ardından sonra texniki durğunluğa girdiyini əlavə edib.
Marja