27 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070056 ISIN-li, 100 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
FED.az xəbər verir ki, hərrac zamanı 29 investor tərəfindən qiymət intervalı 92.0821 (9.60%) manat və 97.3789 (7.4917%) manat olan 69 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.4852 (8.2289%) manat, orta ölçülmüş qiyməti isə 95.9710 (8.0381%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 276,265,600 manat, yerləşdirilmiş həcmi isə 150,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 23 fevral 2027-ci ildir.
Hərrac iştirakçıları 28 fevral 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.